Azərbaycan ailə modeli təhlükədə
Evlənənlərin sayında müşahidə edilən azalma ciddi suallar doğurub. Ekspertlər bu tendensiyanı iqtisadi, sosial, texnoloji və ənənəvi amillərlə izah edirlər.
Azərbaycanda evlənənlərin sayı azalıb. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Qurumun məlumatına görə, ötən ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 146 nikah qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Bəs nə üçün gənclərin evlənməyə marağı azalıb? Bunu müasir dövrün norması olaraq qəbul edək, yoxsa həyəcan təbili çalınmalıdır?
Azərbaycan ailəsi modeli məhv ola bilər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin...
25.01.25 03:30
445